Günay Ağamalının seçicilərlə görüşləri davam edir - VİDEO

21.08.2024 22:35     Sosreaksiya     548

Deputatlığa namizəd Günay Ağamalı 19 Avqust 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində seçicilərlə görüşdü.
 
Görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.
 
Görüşə gəldiklərinə görə seçicilərə təşəkkürünü bildirən Güny Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan, ağbirçəklərdən böyük xeyir-duasi aldığını bildirdi. O, Biləsuvarın igid və qəhrəmanların yurdu olduğunu söylədi, bu torpağın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi vətənpərvər, qorxmaz, gənc nəsillərə örnək olan oğullar yetirdiyini xüsusi olaraq qeyd etdi.
 
Sonra deputatlığa namizəd seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. G.Ağamalı platformasının Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər, erkən nigah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanalara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi və digər istiqamətləri əhatə etdiyini söylədi.
 
Seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Günay Ağamalıya uğurlar arzuladılar və ona səs verəcəklərini bildirdilər.
 
Daha sonra Günay Ağamalı seçicilərin problemləri ilə maraqlandı, onların suallarını cavablandırdı. O, dəstəyə görə kənd sakinlərinə təşəkkürünü bildirdi, deputat seçiləcəyi təqdirdə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün səlahiyyəti çərçivəsində səylə çalışacağını vurğuladı.
 
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
 
 
 
 
 

Şərhlər

Çox oxunanlar