Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşüb - VİDEO

24.08.2024 11:06     Sosreaksiya     372

Deputatlığa namizəd Günay Ağamalı  Salyan rayonunda ziyalılar, ağsaqqallar, ictimaiyyət nümayəndələri və seçicilərlə görüşüb
 
Reaksiya.az xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 
Tədbirdə çıxış edən namizədin vəkili, şəhid Kamran Quliyevin anası Arzu Quliyeva G.Ağamalını Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə dəstəklədiyini bildirərək, onun yanında olacağını, seçkilərdə ona səs verəcəyini söylədi və öz xeyir-duasını verərək, bütün görüş iştirakçılarını G.Ağamalıya səs verməyə dəvət etdi.
 
Seçki platformasının əsas məqamlarını görüş iştirakçılarının diqqətinə çatdıran Günay Ağmalı deputat seçiləcəyi təqdirdə dövlət qurumları, yerli icra orqanları və bələdiyyələrlə seçicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində birgə səylə çalığacağını əminliklə vurğuladı.
 
G.Ağamalı bütün görüşlərində fəxrlə söylədiyi “Biz Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq” sözlərini bir daha böyük məmuniyyətlə etiraf etdi. O, Ümummilli Liderimizin dövlətçilik konsepsiyasını və siyasi kursunu ugurla davam etdiən cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdi. 
 
Günay Ağamalı çıxışının sonunda səsləndirdiyi “Çalışacağam ki, sizlərdən biri olum, sizin səsiniz, sizin sözünüz, sizin haqqınız, sizin hüquqlarınızın müdafiəçisi olum. Gəlin millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
 
Görüşdə çıxış edən Əməkdar müəllimlər Gülşən Piriyeva, Sehranə Rzayeva və digər seçicilər Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayaraq, ona səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
 
 
 
 
 
 
 
 

Şərhlər