Günay Ağamalı Salyan rayonunun Babazanlı qəsəbəsində seçicilərlə görüşdü - VİDEO

24.08.2024 23:18     Sosreaksiya     499

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Babazanlı qəsəbəsində seçicilərlə görüşdü 
 
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, şəhid anası Arzu Quliyeva, Günaydın Əhədova, Elçin Quliyev, könüllü Sudeyf Fərhadov, Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Jalə Paşayeva namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.
 
Reaksiya.az xəbər verir ki, görüşə gəldiklərinə və qonaqpərvərliyə görə seçicilərə minnətdarlığını bildirən Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərində salyanlılardan böyük dəstək, xoş münasibət gördüyünü söylədi, onların millətinə, dövlətinə sadiq insanlar olduqlarını böyük məmuniyyətlə qeyd etdi.
Daha sonra, G.Ağamalı seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı və deputat seçiləcəyi təqdirdə onlarla bərabər olacağını önə cəkdi.
Görüşdə seçicilər Minaxanım Hacıyeva, Anar Hacıyev, Lətif Zərbəliyev, Mahirə Hüseynova və digər çıxış edənlər sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə fəal iştirak edəcəklərini və G.Ağamalıya səs verəcəklərini bildirdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
 
 
 
 
 
 

Şərhlər