Paşinyan “təmizlik” həyata keçirməyə başladı
28.08.2024 11:23 Sosreaksiya 204
“Yaxın vaxtlarda Sünikdə (Zəngəzur – red.) gərgin proseslərin baş verəcəyi gözlənilir”.
Bu iddia ilə “Hraparak” çıxış edib.
Nəşr yazır ki, Baş nazir Nikol Paşinyan administrasiyası bir zamanlar hökumət əleyhinə çıxan icma rəhbərlərini işdən azad etmək qərarı verib: bura Gorus, Qafan, Kəcaran və başqa icmaların liderləri daxildir.
İddiaya görə, müxalif kəsimin nümayəndələri olan bu şəxslər hökumətlə razılığa gəlməsə, hətta həbs olunma ehtimalları var. Bir müddət əvvəl N.Paşinyanın bölgəyə səfəri zamanı onun adamlarından Robert Qukasyan həmin şəxslərlə danışıb, onları hökumətlə barışdırmağa çalışsa da, müsbət nəticə əldə olunmayıb.
Baş nazirin bununla seçkiöncəsi mühüm vəzifələrdə “təmizlik” həyata keçirməyə başladığı bildirilir. Onun növbədənkənar seçkilər halında hər şeyə hazırlıqlı olmağa çalışdığı, bütün maneələri aradan qaldırmaq istədiyi qeyd olunur.
Başqa bir iddia isə demarkasiya prosesinin Tavuşla sərhəddən sonra Zəngəzur istiqamətində davam etdirilməsidir. Paşinyanın prosesə çətinlik yarada biləcək icma liderlərini yavaş-yavaş “zərərsizləşdirməyə” çalışdığı deyilir.
Şərhlər