Kəlbəcərdə dağ keçisi vuruldu: Nazirlik hərəkətə keçdi

28.08.2024 11:30     Sosreaksiya     360

Sosial şəbəkələrdə Kəlbəcərdə dağ keçisinin vurulub yol kənarına atılmasına dair video yayılıb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin münasibətini öyrənib.

Saytımıza açıqlama verən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov hadisədən xəbərdar olduqlarını bildirdi.

“Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır”.

Şərhlər

Çox oxunanlar