"Basqının İslam Hüseynovun ictimai fəaliyyəti ilə əlaqəsi yoxdur" - Açıqlama

26.08.2015 14:20     Sosreaksiya     2572

Azərbaycan diasporunun lideri, Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk şöbəsinin rəhbəri İslam Hüseynovun ofisinə OMON-un dəstəyi ilə basqın olub.

Bu olaya Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rizvan Əliyev münasibət bildirib.

O, Reaksiya.az-a basqının İslam Hüseynovun ictimai fəaliyyəti ilə əlaqəsi olmadığını bildirib. “İslam Hüseynov Rusiyada ticarət və tikinti sahəsi üzrə biznesmen kimi fəaliyyət göstərir. Hüquq və mühafizə orqanlarının ona olan iradı da bu səbəbdəndir. Hazırda bununla bağlı araşdırma aparılır”.

Rusiya mətbuatında yayılan məlumatlara görə , Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə Hüseynovun ofisində axtarış aparıblar. Axtarış barədə əvvəlcədən xəbərdar olan İ. Hüseynovun Rusiya ərazisini tərk etdiyi ehtimal olunur.

Diaspora rəhbərinin mütəşəkkil cinayətkar dəstə yaratmaqda və ona rəhbərlik etməkdə ittiham olunduğu barədə söz-söhbətlər yayılıb. Yaxınları isə bu axtarışın İslam Hüseynovun qətlə yetirilən mühafizəçisi İqor Beznosyukun işi ilə əlaqəli olduğunu ehtimal edirlər.

Şərhlər

Çox oxunanlar