Kirantsda ərazi uğrunda mübahisə gedir
29.08.2024 12:24 Sosreaksiya 561
“Tavuşun Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində demarkasiyadan sonra vəziyyət sabitdir, kəndlilər yeni şəraitə uyğunlaşmağa çalışırlar”.
Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Nazaryan deyib.
O, sərhəddə yaşamaq istəyən ermənilərin sayının artdığını bildirib:
“Kənd sakinləri nə optimistdirlər, nə də pessimist. Sevincli deyillər, amma qorxmurlar da. İddia edildiyi kimi insanlar köçmək istəmirlər, əskinə yaşayış üçün ev tikmək, ərazi uğrunda mübahisələr düşür. Məsələn, qonşu Açacur kəndində bir ailə ev tikib yaşamaq istəyir, camaat narazılıq edir ki, daha yer yoxdur. Dükanlar, yeni yaşayış yerləri tikilir, heç kimin getmək fikri yoxdur. Deyirlər ki, burada qalmalı, dünyaya daha çox uşaq gətirməli, sayımızı artırmalıyıq”.
Qeyd edək ki, Tavuşda aparılan delimitasiya və demarkasiya prosesindən sonra Kirants kəndi iki hissəyə bölünüb.
Şərhlər