Günay Ağamalı şəhid ailələrini ziyarət etdi - VİDEO

29.08.2024 12:26     Sosreaksiya     682

 
Deputatlığa namizəd Günay Ağamalı 28 avqust 2024-cü ildə Salyan rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri Allahverdi Novruzovun, Famil Camalzadənin və İnqilab Qədirbəylinin ailələrini ziyarət etdi.
 
Reaksiya.az xəbər verir ki, Günay Ağamalı şəhidlərin ailə üzvləri ilə səmimi söhbət zamanı 44 günlük Vətən müharibəsində şücaəti, qorxmazlığı və igidliyi ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan oğullarımızın hər birinin qəhrəmanlıq dastanı yaratdığını qürurla söylədi.
 
G.Ağamalı Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərdikləri diqqət və qayğıdan da ətraflı danışdı. 
Şəhidlərin valideynləri Günay Ağamalıya qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, ona səs verəcəklərini söylədilər.
28 Avqust 2024-cü ildə G.Ağamalı, eyni zamanda, vəkili Salyan şəhər sakini Arzu xanım Quliyevanın şəhid övladının və digər şəhidlərin dəfn olunduğu xiyabanı ziyarət etdi, onların ruhuna dualar oxudu.
 
Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.
 

Şərhlər