Yasamalda yeni mənzillər sizi gözləyir

30.08.2024 11:27     Sosreaksiya     197

“Kristal Abşeron”un unikal layihələrindən biri olan “Park Yasamal”da sərfəli şərtlərlə satışlar sürətlə davam edir.

Park Yasamal” yaşayış kompleksi şəhərin əlverişli ərazisində yerləşərək göl mənzərəsi və sakinlər üçün tam təminatlı imkanları ilə diqqət çəkir.

Yaşayış kompleksi geniş yaşıllıq sahələri, klinika, məktəb, bağça, uşaq oyun meydançaları, idman zalları, alış-veriş mərkəzləri və digər ictimai obyektləri ilə sakinlərinə yüksək səviyyədə yaşayış imkanı yaradır. Şəhərin mərkəzində yerləşməsi onu hər kəs üçün ideal bir seçim halına gətirir.

Hazırda “Park Yasamal”da mənzil satışları sürətlə davam edir. Yaşayış kompleksində istənilən tələbə uyğun mənzil seçimləri mövcuddur. Kompleksdə müştərilərə 42-51 m2 aralığında 2 otaq studiya, 55-58 m2 aralığında 2 otaq, 65-72 m2 aralığında 3 otaq studiya, 88-98 m2 aralığında 3 otaq, 107-108 m2  aralığında 4 otaq və daha böyük mənzillər təklif edilir. Şəhərin səs-küyündən uzaq, eyni zamanda şəhər mərkəzinə yaxın olan bu kompleks ev axtaranlar üçün əlverişli seçimdir.

“Park Yasamal”da mənzillər beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir edilməklə sakinlərin uzunmüddətli rahatlığını təmin edir. “Kristal Abşeron”un digər şəhər layihələrində olduğu kimi, burada da mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın "Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur.

Mənzil satışları haqqında ətraflı məlumat üçün “Kristal Abşeron” şirkətinin rəsmi saytına daxil ola və ya çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı:

*1544 / 050 448 00 00

www.kristalabsheron.az

Şərhlər

Çox oxunanlar