Günay Ağamalı şəhid Əli Tağıyevin doğum günündə iştirak etdi - VİDEO

30.08.2024 21:30     Sosreaksiya     2207

Deputatlığa namizəd Günay Ağamalı 29 Avqust 2024-cü ildə Salyan rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Əli Tağıyevin doğum günündə iştirak etdi.
 
Reaksiya.az xəbər verir ki, mərasimdə 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda döyüşlərdə 19 yaşında Şəhid olan Əli Tağıyevin qısa və şərəfli ömür yolundan söz açıldı.
 
Günay Ağamalı şəhid ailələri ilə bütün görüşlərinin onda böyük qürur hissi yaratdığını söylədi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçərək, Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın igidliyindən, Vətən sevgisindən danışdı.
 
O, “Şəhidlərimiz bizim qürurumuzdur. Onların adını və xatirəsini yaşatmaq hamımızın müqqəddəs borcudur” deyərək, deputat seçiləcəyi təqdirdə hər zaman şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin yanında olacağını bildirdi. 
 
Günay Ağamalı Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərdikləri diqqət və qayğıdan da ətraflı danışdı. 
 
Mərasimdə iştirak edən şəhid anaları Günay Ağamalıya xeyir-dua verərək, növbədənkənar parlament seçkilərində ona səs verəcəklərini bildirdilər.
 
Günay Ağamalı 29 Avqust 2024-cü ildə, eyni zamanda, Salyan rayonunda dəfn olunan 44 günlük Vətən müharibəsi şəhidləri Əli Tağıyevin və Vidadi Əhmədovun məzarlarını da ziyarət etdi.
 
 
 
 
 
 
 

Şərhlər

Çox oxunanlar