"Veysəloğlu" 30 illik yubileyində media nümayəndələri ilə görüş keçirdi

07.10.2024 11:50     Sosreaksiya     215

“Veysəloğlu” Şirkətlər Qrupunun (VŞQ) 30 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq media mənsubları ilə qeyri-rəsmi formatda görüş keçirilib. Şirkətin təşkil etdiyi görüşdə 40-dan artıq media nümayəndəsi iştirak edib.

Şirkətlər Qrupundan Reaksiya.az-a verilən məlumata görə, səhər yeməyi formatında bir araya gələn media mənsubları ilə şirkətin media və piar siyasətini həyata keçirən məsul şəxslər arasında faydalı fikir mübadiləsi aparılıb. “Veysəloğlu” Şirkətlər Qrupu gələcəkdə şirkətə aid olan istehsal müəssisələri və digər infrastrukturlara media və info turlar və yazı müsabiqələri təşkilinin nəzərdən keçirildiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Reaksiya.az

 

Şərhlər