"Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin sədri nazir Altınbek Maksutovla görüşüb

15.05.2024 17:08     Sosreaksiya     493

"Media Araşdırmaları və Monitorinq Mərkəzi"nin sədri Zaur Qəriboğlu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovla görüşüb. Səfər barədə geniş məlumat verən Zaur Qəriboğlu, iki ölkə arasında informasiya mübadiləsi,mədəni əlaqələrin inkişaf etdirilməsi, haqq savaşından qalib çıxan Azərbaycanın qarşsındakı məqsədlərindən danışıb. Qərbi Azərbaycandan didərgin düşən insanların öz yurdlarına qayıtma istəklərini dilə gətirib.

Daha sonra Zaur Qəriboğlu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul uulu ilə görüşüb. Çingiz Esenqul uulu bina ilə tanış edib, qurulan əlaqələrdən danışıb. Gələcəkdə "Media Araşdırmaları və Monitorinq Mərkəzi"i ilə birgə əməkdaşlıq edəcəklərini bildirib.

Reaksiya.az

Şərhlər