Zaur Qəriboğlu Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylanla görüşüb

14.05.2024 18:16     Sosreaksiya     199

Media Araşdırmalaı və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylanla görüşüb.

İki ölkə arasında dostluq təməllərindən, Azərbaycanın Böyük qələbəsindən, müharibədən sonra gedən quruculuq işləri barədə məlumat verən təşkilat sədri Qərbi Azərbaycanlıların qayıdışı konsepsiyasında aparılan işlərdən və Qərbi Azərbaycanlıların hüquqlarının bərpası istiqamətində dövlətimiz qarşıya qoyduğu məqsəd geniş şəkildə rektorun diqqətinə çatdırıb.

Səmimi şəkildə keçən görüşdə günümüzün reallığında Türk Dövlətləri Təşkilatının dünyada yeni bir güc mərkəzinə çevrilməsi ilə  yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarından, türkdilli dövlətlərin yenidən tənzimlənən dünya düzənində öz yerlərini tutması və gücə çevrilməsi istiqamətində  fikir mübadiləsi aparılıb.

Reaksiya.az

Şərhlər