COP29: İctimai nəqliyyat onlar üçün pulsuz olacaq
18.10.2024 15:57 Sosreaksiya 206
COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.
O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".
Şərhlər