Zəfər Günü,Can Azərbaycan xalqının və türk dünyasının tarixi Qələbəsi! - Muxtar Bəydili yazır...

08.11.2024 14:53     Sosreaksiya     358

8 Noyabr - Zəfər Günü,Can Azərbaycan xalqının və türk dünyasının tarixi Qələbəsi!
 
27 Sentyabr 2020-ci ildə başlayan Can Ata Vatan Müharibəsində Azərbaycan Ordusu tərəfindən Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 Oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 Oktyabrda Zəngilan, 25 Oktyabrda Qubadlı və 8 Noyabrda Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. 2020-ci il noyabrın 20-də Ağdam, Noyabrın 25-də Kəlbəcər, Dekabrın 1-də Laçın rayonları azad edildi.
 
 Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin Dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
 
Bu mübarək Zəfər münasibətilə 8 Noyabr Zəfər Günü qutlu olsun. Bu Zəfər Türkün zəfəridir, Türk dünyasının zəfəridir.Yaşasın Azərbaycanın müzəffər Ali Baş Komandanı, müzəffər ordusu, müzəffər xalqı! Zəfərimiz əbədidir!
Şuşa Zəfərimiz mübarek Can Azərbaycan!
Qalibiyyət sənə .ox gözel yaraşır. Allah Vətən uğrunda canını qurban veren şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şefa diləyirəm!  Size əbədi Minnətdarıq!.
 
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
#Qarabağ_Azərbaycandır!
 
Suriya Türkmən Doktorlar Birliyinin sədri, 
Türk Ağsaqqalları Birliyi (TAİB)-in İdarə Heyətinin üzvü
Dr. Muhtar Fatih Bəydili

Şərhlər

Çox oxunanlar