Bakıda yerüstü relsli nəqliyyat ola bilər - Rəsmi
13.11.2024 13:37 Sosreaksiya 246
“Bakıda yerüstü ictimai nəqliyyat üçün konkret küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili ilə bağlı işlər görülür”.
"Reaksiya.az" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında deyib.
O, bu gün Bakıda əsas yerüstü ictimai nəqliyyat növünün avtobus olduğunu vurğulayıb:
“Hazırda avtobusların növü dəyişdirilir və ölkəyə elektrik avtobusları gətirilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə bu, yerüstü relsli nəqliyyat da ola bilər. Düşünürəm, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək”.
A.Quliyevin sözlərinə görə, Bakının Baş Planı ötən il təsdiq olunub:
“2040-cı ilə qədər şəhərin inkişaf proqramını nəzərdə tutur. Artıq ilin əvvəlindən bununla bağlı bir sıra transformasiya layihələri icra olunub”.
Şərhlər