İki qardaş eyni qəzada öldü

26.08.2015 15:45     Sosreaksiya     2695

Eskişehirdə bir avtomobil alt keçiddən çıxdıqdan sonra tikintisi davam edən yolda konteynerə dəyib. Nəticədə 2 qardaş ölüb.

Reaksiya.az xəbər verir ki, hadisə bu gecə saat 02.00 radələrində Gazipaşa məhəlləsinin Sarıcakaya yolunda Anadolu Universitetinin 2 Sentyabr Şəhərciyi yaxınlığında baş verib.

Şəhərin mərkəzinə doğru gələn Çağatay Dericioğlu tərəfindən idarə edilən 26 FD 256 nömrəli avtomobil konteynerə toxunub.

Qəzada avtomobilin sürücüsü Cağatay Dericioğlu hadisə yerində ölüb, ağır yaralanan qardaşı Turhan Dericioğlu təcili tibbi yardım maşınıyla Eskişehir Osmangazi Universitetinin Xəstəxanasına, həmin maşındakı digər yaralı Yiğit Yılmaz isə başqa bir təcili yardımla Yunus Əmrə Dövlət Xəstəxanasına aparılıb. Turhan Dericioğlu xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Cağatay Dericioğlunun cəsədi yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq meyitxanaya aparılıb.

Qəzayla bağlı istintaqa başlanılıb.

Şərhlər