70 kq qızılla saxlanan diplomat... - DTX şok detalları açdı

29.11.2024 16:08     Sosreaksiya     415

İstanbulda 70 kq qızılla saxlanan, daha sonra isə Bakıya çağırılaraq, həbs edilən Qəhrəman Məmmədovla bağlı Dövlət Təhlükəsizliyi Xidməti xüsusi məqamları açıqlayıb.

Reaksiya.az xəbər verir ki, DTX-nin yaydığı məlumata əsasən, Qəhrəman Məmmədov bundan öncə mediada iddia edildiyi kimi, Ərəbistanda hərbi attaşedə çalışan şəxs yox, məhz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenantdır. O, diplomatik pasportundan istifadə edərək, BƏƏ-dən gətirilərək, İstanbul hava limanında gömrükdənkənar saxlanca qızılları ölkəyə daxil etmək üçün Türkiyəyə gəlib.

Həmçinin bəlli olub ki, 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələrdən başqa sözügedən saxlanc yerində əlavə 14 kq da qızıl olub. Çox güman ki, növbəti mərhələdə onun gömrük nəzarətindən kənar keçirilməsi də gündəmdə imiş.

Daha bir məqam isə bu işdə daha bir Azərbaycan vətəndaşının - Anar Əli oğlu Qasımovun iştirakıdır. Q.Məmmədov qızılları A.Qasımova çatdırmalı imiş.

Q.Məmmədov diplomatik toxunulmazlığa sahib olduğu üçün ölkəmizə çağırılıb və həbs edilib, Anar Qasımovu isə Türkiyədə cinayət məsuliyyətinə cəlb edilib.

Reaksiya.az 

Şərhlər