Bakıda evin damında meyit tapıldı
26.08.2015 15:59 Sosreaksiya 1819

Bakı şəhər sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumat Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilib.
Məlumata görə, avqustun 25-də Xətai rayonu Babək prospekti ev 11-in damında Bakı şəhər sakini Tofiq Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər