"2 Fevral – Azərbaycan Gəncləri Günü" Kanada Azərbaycan Evində qeyd edilib
07.02.2025 16:23 Sosreaksiya 503

“2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Kanada Azərbaycan Evində gənclərlə görüş keçirilmişdir.
Reaksiya.az xəbər verir ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan görüşdə gənclər Kanadada yaşayan musiqiçi Elman Bakınskinin musiqili ifasında əylənmiş və bu günü xüsusi olaraq qeyd etmişlər.
Dünya şöhrətli alim, Münhendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı və “Fields İnstitute Fellows” ömürlük mükafatını alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev və Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova gəncləri ölkəmizin Kanadada təbliğ və təmsil olunması istiqamətində daha aktiv olmağa səsləyiblər.
Nurgül Adil qızı
Şərhlər