“Təmiz Düya” Qadınlara Yardım İctimai Birliyi Hacıqabulda tədbir keçirib - FOTOLAR

09.06.2015 13:43     Sosreaksiya     1846

“Təmiz Düya” Qadınlara Yardım İctimai Birliyindən Reaksiya.az saytına verilən məlumata görə, “Təmiz Düya” Qadınalra Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində Hacıqabul  rayonunda növbəti tədbirini keçirdi. Tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib. Tədbir iki hissədən ibarət  olub. Belə ki, birinci hissədə sosial işçilər və mütəxəssislər üçün təlim, daha sonra isə mədəniyyət evində həm əhali üçün məlumatlandırma, eləcə də “Səs” qrupunun ifasında xalq mahnılarından ibarət konsert proqramı keçirilib. İştirakçılar keçirilən tədbirdən çox razı qalıblar.

Tədbir Hacıqabul Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilib.

Şərhlər