Mili Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Profilaktikası şöbəsinin laborantı həbs edilib.
Reaksiya.az bildirir ki, Oxu.az-ın məlumatına görə, müəyyən edilib ki, adıçəkilən şöbənin laborantı Süleyman Əliyev (soyad şərtidir) özü də talassemiya xəstəsi olub. O, bu xəstəliyindən istifadə edərək bir neçə nəfəri hərbi xidmətdən yayındırıb, əvəzində həmin şəxslərin valideynlərindən pul alıb.
Bundan başqa, Süleyman bir neçə nəfərin dayandırılmış pensiyasını da bərpa edərək dövlətə ziyan vurub.
Belə ki, S.Əliyev talassemiya xəstəsi olduğu üçün bir neçə nəfəri hərbi xidmətdən yayındırmaq üçün özündən qan alaraq həmin şəxslərin qanı kimi analizə göndərib. Analizin cavabları ilə bu şəxslər talassemiya xəstəsi kimi qeydiyyata alınaraq hərbi xidmətdən yayınıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, “talassemiya xəstəsi” kimi qeydiyyata alınan həmin şəxslər il ərzində heç bir tibbi xidmətdən istifadə etməyiblər. Faktla bağlı cinayət işi başlanıb, S.Əliyev və ona “müştəri” tapan iki tanışı istintaqa cəlb edilib.
Şərhlər