Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşdü - FOTOLAR
16.05.2025 19:09 Sosreaksiya 60

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan Respublikasının Baş Qərargah rəisinin müavini - Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi general-mayor Fayzulla Badenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Döyüşü İdarəetmə Mərkəzində, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Komanda məntəqələrində olub.
Qonaqlara qoşunların gündəlik fəaliyyəti, böhran və fövqəladə hallar zamanı idarə olunması üzrə brifinq təqdim edilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.
Keçirilən görüşlərdə bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd olunub.
Şərhlər