Prezidentdən kübar davranış - VİDEO

16.05.2025 21:04     Sosreaksiya     57

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib. Belə ki, Prezident İlham Əliyev yağışlı hava şəraitində əlində çətir tutaraq Aİ-nin xanım rəsmisinin islanmasının qarşısını alıb.(Baku.TV)

Şərhlər