ABŞ-da canlı yayım zamanı iki jurnalist öldürüldü - VİDEO

27.08.2015 00:36     Sosreaksiya     2190

ABŞ-da canlı yayım zamanı bir jurnalist və bir operator güllələnib.

Reaksiya.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında ABŞ-ın Virciniya ştatının Moneta şəhərində baş verib.
Öldürülən 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard "TB WDBJ" televiziyakanalının əməkdaşları olub.

Yerli vaxtla 6:45-də baş verən hadisə kameranın yaddasına düşüb. Tamaşaçılar qışqırıqları eşidib və hadisəni canlı seyr edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, jurnalistlər keçmiş həmkarları Brays Uilyams tərəfindən güllələnib. Bundan sonra B.Uilyams intihara cəhd edib, lakin sağ qalıb.

Brays Uilyams əvvələr WDBJ7 telekanalının əməkdaşı, güllələdiyi şəxslərin həmkarı olub.

İntihara cəhddən əvvəl hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb.

Şərhlər