Naxçıvan ilə Urumçi şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

26.05.2025 17:22     Sosreaksiya     302

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərinin meri Yaqub Paydullanın rəsmi dəvəti ilə bu şəhərə səfər edib.

Reaksiya.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşdə əməkdaşlıq imkanlarından danışılıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair imzalanmış Niyyət Məktubuna uyğun olaraq, ikitərəfli münasibətlərin qurulması müzakirə edilib.

Müzakirələr çərçivəsində Naxçıvan ilə Urumçi şəhərləri arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanları təklif edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin müzakirəsi üçün Urumçi şəhərinin rəhbərliyi Naxçıvan şəhərinə rəsmi səfərə dəvət edilib.

 

Reaksiya.az

Şərhlər