310 saylı məktəbdə SON ZƏNG çalınır
14.06.2025 09:42 Sosreaksiya 353

Bu gün Azərbaycanda "Son zəng" qeyd edilir.
Reaksiya.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, bu il ümumi orta təhsil səviyyəsi üzrə respublika üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olur. Məzunlardan 84 nəfəri işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləridir.
310 saylı məktəbin həyətində təşkil edilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəsmiyə Quliyeva gələn qonaqları salamladı. Məktəbin bu ilki uğurlarından danışaraq, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi. Ölkəmizin gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğuladı.
əzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirdi, onlara müstəqil həyatlarında uğurlar arzuladı.
Yüksək bal toplayan şagirdlər təltif olundu. Şagirdlərə bundan sonrakı həyatlarında uğurlar arzuladılar.
Nicat Adil oğlu
eakaiya.az
Şərhlər