"Azərsilah"ın zavodunda partlayış olub, bir nəfər ölüb - RƏSMİ
14.11.2025 15:52 Sosreaksiya 142
Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Reaksiya.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.










Şərhlər