Sumqayıtın bu ərazilərində qaz olmayacaq
23.11.2025 14:31 Sosreaksiya 187
Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.
"Azəriqaz" İstehsal Birliyi Sumqayıt QİS-dən "Reaksiya.az"a bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 24.11.2025-ci il tarixində saat 10:00-dan etibarən Çerkassi küçəsində 750 abonentə qazın verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.









Şərhlər