Gülər Coşqunsoyun kitabının təqdimatı keçirildi - FOTOLAR

17.12.2025 19:33     Sosreaksiya     258

Dekabrın 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və Azərbaycan milli qəhrəmanlarına, şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” kitablarının təqdimatı və imza günü keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbir Türk Dünyası Qadınlar Komitəsinin təşkilatçılığı ilə, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy və Milli.az saytının redaktoru Xəyal Abdullayevin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib, onun müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu xüsusi vurğulanıb.

Tədbirin aparıcısı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında qısa məlumat verib. Daha sonra Gülər Coşqunsoy çıxış edərək əsərlərin yazılma məqsədi, ideya-məzmun yükü və daşıdığı vətənpərvərlik ruhu barədə danışıb.

“ULU RÖYADAN DOĞULAN ZƏFƏR – MİLLİ XİLASKARA ƏBƏDİ İTHAF” adı altında keçirilən tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, media nümayəndələri, müharibə veteranları və digər qonaqlar iştirak edib.Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən “Ali Baş Komandanım” və “Leyla” parçaları səsləndirilib, müəllifin şeirlərindən birinə bəstələnmiş mahnı təqdim olunub. Vətən müharibəsi iştirakçısı Tural Süleymanov isə tarda “Xudayar təsnifi”ni ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Reaksiya.az

image-img-20251217-wa0068 image-img-20251217-wa0069 image-img-20251217-wa0072 image-img-20251217-wa0073 image-img-20251217-wa0074 image-img-20251217-wa0075 image-img-20251217-wa0076 image-img-20251217-wa0077 image-img-20251217-wa0079 image-img-20251217-wa0078 image-img-20251217-wa0080 image-img-20251217-wa0081

Şərhlər