“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi ön xəttdə görüş keçirib

09.06.2015 14:16     Sosreaksiya     2136

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2015-ci ildə elan etdiyi müsabiqənin qaliblərndən biridə “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyidir (ƏAD İB).

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi (ƏAD İB) Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ordumuza güvənirik -  “Vətənpərvərliyin təbliği mövzusunda ictimai tədbirlərin təşkili ” layihəsinin  həyata keçirilməsinə start verib.

Layihənin əsas məqsədi -  Sərhədyanı bölgələrdə və təmas xəttində təhlükəsizlik, valideynlərin əsgərlərin sosial durumu ilə tanışlığı və KİV-də hərbi  dezinformasiyanın  qarşısının alınmasıdır.

Layihə çərçivəsində sərhədyanı bölgələrdə və təmas xəttində (Qazax, Tovuz, Goranboy, Ağdam, Tərtər) yerli əhalinin təhlükəsizliyi,  əsgərlərin sosial şəraiti ilə bağlı ictimai nəzarətin təşkili və valideynlərin düzgün məlumatlandırılması, KİV-də hərbi ilə bağlı obyektiv məlumatların verilməsi, Milli Ordunun ictimai nüfuzunun yüksəldilməsindən ibarətdir. 

Layihə çərçivəsində Tərtər rayon İH-da,ön xəttdə “N” saylı hərbi hissədə, Erməni girovluğunda olan Şahbaz Quliyevin anası ilə,Qapanlı kəndində əhali ilə görüşdən sonra Ağdam rayonunun Əhmədağalı kəndində də görüş keçirilib. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Mətanət Əsgərqızı əhaliyə  layihənin  məqsədi barədə məlumat verib. Xalqla Ordu arasında münasibətlərdən söz açıb. Dövlətin onların təhlükəsizliyi üçün atdığı addımlardan danışıb."Bakı-2015" I Avropa oyunları barədə söz açan layihə rəhbəri əhalinin sayıqlığını artırmasını tövsiyyə edib.O,qeyd edib ki,bura həssas ərazilərdi və kimlərsə təxribat törətmək niyyətində ola bilər. Kənd sakinləri bu ərazilərə gələn hər bir tanımadıqları şəxsin hərəkətlərinə diqqət yetirməli olduqlarını xüsusi vurğulayıb. Sakinlər belə görüşlərin onlar üçün çox əhəmiyyətli olduğunu,hər gün atəşə məruz qalan bu kəndin  insanlarının  yurdlarında qəhrəmanlıqla durduqlarını qeyd ediblər. Onlar  belə görüşlərin dövlətin qayğısı kimi dəyərləndirdiklərini, qarşılayacağımız möhtəşəm idman bayramının uğurla keçirələcəyinə inandıqlarını bildiriblər. İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızı qaldırılan məsələlərlə bağlı aidiyyəti orqanlara müraciət olunacağını bildirdi.Və KİV-lər vasitəsi ilə  imkanlı iş adamlarına cəbhəyanı bölgələrdə yaşayan insanların problemlərinin həllində köməklik göstərmələrinə,iş yerləri açmaq üçün layihələr həyata keçirilməsinə yardımçı olmalarını xahiş edəcəyini xüsusi qeyd edib. İB sədri dövlətin insanlarımıza qayğısının olmasına baxmayaraq hər problemi dövlətin üzərinə atmağın düz olmadığını qeyd  edib.

Şərhlər