Səfər Mehdiyev dəyişiklik etdi: Direktor vəzifədən getdi

16.01.2026 15:08     Sosreaksiya     206

"APF Group" MMC-nin rəhbəri dəyişib.

Reaksiya.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib.

"APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.

Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.

"APF Group” MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb.

Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb.

"APF Group” MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.

Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı "APF Group” MMC-dən şərh almaq mümkün olmayıb.

Reaksiya.az 

Şərhlər