Ordumuzun əsgəri vəfat etdi - 2 aya tərxis olunacaqdı

21.02.2026 15:03     Sosreaksiya     253

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

''Reaksiya.az" unikal-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı.

Şərhlər