Erməni iş adamı Qarabağda tikintini dayandırdı

27.08.2015 11:30     Sosreaksiya     1782

Ermənilərin Azərbaycanın işğal olunmuş Ağdərə rayonun Vəng kəndində tikdiyi hərbi akademiyanın tikintisi dayandırılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə kəndin "icra nümayəndəliyi"ndən bildirilib. Tikintinin dayandırılmasının səbəbi və bundan sonra davam edib-etməyəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, akademiyanın tikintisini erməni iş adamı, Dağlıq Qarabağdakı separatçı rejimin himayəçilərindən sayılan Levon Ayrapetyan maliyyələşdirirdi.

Moskvada "Başneft" işi üzrə saxlanılan, çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında ittiham olunan Levon Ayrapetyan sonradan ev dustaqlığına buraxılıb. 

Şərhlər