Maştağada evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

27.03.2026 14:38     Sosreaksiya     229

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Reaksiya.az"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər