RİH Başçısı sakinlər üçün səyyar qəbul keçirdi - FOTOLAR
04.04.2026 15:47 Sosreaksiya 188
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə növbəti səyyar qəbul keçirilib.
"Reaksiya.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü Akademik Zərifə Əliyeva adına liseyin akt zalında baş tutub. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri yanğın qurbanlarına yardım, yaşayış binalarının üzlənməsi, qurumuş və təhlükə yaradan ağacların budanması, küçələrin asfaltlanması və işıqlandırılması, həyətlərin abadlaşdırılması və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi.RİH başçısı bəzi sakinləri fərdi qayda da dinlədi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.










Şərhlər