RİH başçısı problemlərin həllində qurumlardan operativ olmağı tələb etdi
09.04.2026 19:05 Sosreaksiya 271
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri yolların təmiri, sahibsiz itlərə qarşı ölçü götürülməsi, məşğulluq, yaşayış binalarının damlarının təmiri, qonşular arasında fərdi tikinti ilə bağlı mübahisələr, yaşayış binaları örtüyünün təmiri və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi.RİH başçısı vətəndaşların problemlərinin həllində aidiyyatı qurumlardan daha operativ və məsuliyətli olmağı tələb etdi. İcra başçısı vətəndaş məmnunluğunun təmin etməyin əsas hədəfləri olduğunu vurğuladı. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.









Şərhlər