İmişlidə "Toyota" və "BMW" toqquşdu - Yaralılar var
23.04.2026 18:11 Sosreaksiya 214
23.04.2026-ci il tarixində saat 15:40 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Reaksiya.az"a verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş və açıq yaraları, sağ mil və sol körpücük sümüklərinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.








Şərhlər