Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
14.05.2026 16:49 Sosreaksiya 181
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
"Reaksiya.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.







Şərhlər