“Artan ancaq qiymətdir, keyfiyyət deyil” - Ekspert

27.08.2015 14:25     Sosreaksiya     2288

Bugün 2015-2016-cı tədris ilində ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan tələbələrin ödəniş etməsi üçün son gündür.

Bu olaya təhsil üzrə ekspert Vahid Aslan münasibət bildirib.

O, Reaksiya.az-a təhsil haqlarından azad olunma hallarından danışıb: “Ödənişli əsaslarla təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr ödənişdən azad olunur”.

Ödənişlərin təhsil sistemində yaratdığı problemlərə münasibət bildirən V.Aslan təhsilin qiyməti ilə keyfiyyətinin üst-üstə düşmədiyini bildirib: “Son 5 ilə nəzər salsaq, təhsil haqlarının xaotik şəkildə artan xətt üzrə inkişaf etdiyini müşahidə edirik. Mən bu artımın əleyhinəyəm, çünki artan ancaq qiymətdir, keyfiyyət deyil. Bu sistemdə müəyyən qüsurların olduğundan irəli gəlir. Bu qiymətlər əhalinin aylıq gəlirləri nəzərə alınaraq hesablanmalı və ona uyğun olmalıdır”.

Vahid Aslan təhsil haqqının ödənilməsində özəl və dövlət müəssisələrində müəyyən güzəştlər olduğunu qeyd edib: “Özəl universitetlərdə ödənişli ixtisası seçən tələbələrin qəbul balları nəzərə alınaraq onlara müəyyən güzəştlər edilir. Dövlət universitetlərində tələbənin ailə vəziyyəti nəzərə alınaraq onlara illik ödənişi hissə-hissə vermək imkanları yaradılır. Universitetlərin bu addımını təqdirəlayiq hal kimi qiymətləndirmək olar”.

Şərhlər

Çox oxunanlar