Yasamal ictimaiyyəti Tibb İşçilərinin Peşə Bayramını qeyd edib

17.06.2026 16:59     Sosreaksiya     272

Yasamal rayon ictimaiyyəti 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib.

Reaksiya.az xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə xüsusi tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində Azərbaycanın səhiyyə sisteminin keçdiyi inkişaf yoluna nəzər salan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini Rəşad Mahmudov və YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov son illər Azərbaycan səhiyyəsinin inkişaf istiqamətlərindən danışıb, qarşıda duran vəzifələrdən söhbət açıblar.

Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilib. Elşad Həsənov bildirib ki, son illər Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və kadr islahatları bu sahəni yeni inkişaf mərhələsinə yüksəltməyə imkan verib. Bütün bunlar Prezident İlham Əliyevin səhiyyə sisteminə göstərdiyi ardıcıl dəstəyin nəticəsidir. Eyni zamanda, bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, diabet və talassemiya xəstələrinə xüsusi qayğı göstərilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Azərbaycan səhiyyəsindən danışarkən iki mühüm məqama – COVID-19 pandemiyasına və 44 günlük Vətən müharibəsinə toxunmaq vacibdir. İki il davam edən pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq nümayiş etdiriblər. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəyə vaksinlər gətirilib və əhali ödənişsiz şəkildə peyvənd olunub.

Elşad Həsənov bildirib ki, Vətən müharibəsi dövründə də Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstəriblər. Onlar yaralanan əsgər və zabitlərimizə cəsarətlə yardım edib, həyatların xilas olunması üçün gecə-gündüz çalışıblar. Tibb işçilərimiz arasında şəhid olanlar da olub. Onların və bütün şəhidlərimizin qanı yerdə qalmayıb, xalqımız bu haqq savaşından qalib çıxıb.

Tədbirin sonunda Yasamal rayonunun tibb işçilərinə səmərəli fəaliyyətlərinə görə fəxri diplomlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Reaksiya.az

Şərhlər