Azərbaycanda yeni televiziya kanalı fəaliyyətini genişləndirir
06.07.2026 12:54 Sosreaksiya 257
İş adamı Sahil İmanov tərəfindən təsis edilən BTV Xəbər qısa müddətdə Azərbaycan media məkanında diqqət çəkən yeni televiziya kanallarından biri kimi fəaliyyətini genişləndirir.
Kanal 2025-ci il dekabrın 12-də təsis olunub. Reaksiya.az xəbər verir ki, fəaliyyətə başladığı ilk aylardan etibarən yayımladığı özəl reportajlar, operativ xəbərlər və eksklüziv müsahibələrlə informasiya məkanında öz yerini tutmağa başlayıb.
BTV-nin yaxın dövrdə proqram siyasətinin daha da genişləndirilməsi planlaşdırılır. Kanalda xəbər buraxılışları ilə yanaşı, analitik, ictimai-siyasi, sosial və maarifləndirici layihələrin də efirə təqdim olunacağı gözlənilir.
Məlumata görə, kanalın idarəetmə strukturunda da yeniliklər nəzərdə tutulur. Baş redaktor və direktor vəzifələrinə media sahəsində tanınan simaların təyin olunacağı bildirilir.
Qeyd edək ki, BTV Xəbər son dövrlər yayımladığı eksklüziv reportajlar və operativ xəbərlərlə sosial media platformalarında da geniş auditoriya toplayaraq media gündəmində diqqət çəkən yeni informasiya resurslarından birinə çevrilməkdədir.









Şərhlər