Azərbaycanda həyəcan siqnalı çalan doğum statistikası - “15-20 ilə təqaüdçülərin sayı işləyənlərin sayından çox olacaq”
06.07.2026 13:03 Sosreaksiya 376
Azərbaycanda doğum statistikası getdikcə həyəcanverici mənzərə yaradır. Doğum sayı durmadan azalır, proses əhalinin qocalmasına doğru gedir.
İqtisadçı Natiq Cəfərli bununla mağlı maraqlı paylaşım edib.
Həmin paylaşımı təqdim edirik: “Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən:
2025-ci ilin (Yanvar-May) aylarında 38 836 uşaq, 2026-cı il (Yanvar-May) aylarında 28 631 körpə dünyaya gəlib.
Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib".
Onun sözlərinə görə, məmləkət "demoqrafik fəlakətə" doğru gedir:
"Cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi işləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanının vəziyyətinə düşəcək, amma Yunanıstan AB ölkəsidir, Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb-çıxardı. Biz nə edəcəyik?!"
İqtisadçı bildirib ki, gənclər xaricə köçür, ailə qurmur, çox uşaq doğmurlar: "İnsanlara ümid, işıq, müsbət mesajlar vermək, pozitiv qərarlar almaq lazımdır...”









Şərhlər