Mənzil seçərkən hazır, yoxsa tikintidə olan layihəyə üstünlük vermək sərfəlidir? - FOTOLAR
12.08.2026 16:19 Sosreaksiya 172
Yasamalda mənzil axtararkən seçim yalnız ərazi ilə məhdudlaşmır. Hazır mənzilə köçmək istəyirsən, yoxsa tikintisi davam edən layihədən seçim etmək? Daha geniş sahə, studiya planı, şəxsi bağça və ya terras sənin üçün daha önəmlidir? Doğru mənzili seçmək üçün bütün bu imkanları bir yerdə müqayisə etmək vacibdir.
“Park Yasamal” bu baxımdan Yasamalda fərqli mənzil seçimləri axtaranlar üçün geniş imkanlar təqdim edir. Kompleks 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən lokasiyada yerləşir.
Kompleksdə həm hazır, həm də tikintisi davam edən binalarda mənzil seçimləri mövcuddur. Hazır binalarda 48,96 kv.m-dən 120,47 kv.m-dək sahəsi olan 2 otaq studiya, 2, 3 və 4 otaqlı mənzillər təklif edilir. Tikintisi davam edən binalarda isə 66,45 kv.m-dən 111,68 kv.m-dək sahəsi olan 2, 3 və 4 otaqlı mənzillər arasından seçim etmək mümkündür.
“Park Yasamal”da standart mənzil seçimləri ilə yanaşı, bağçalı və terraslı mənzillər də var. Şəxsi bağçalı mənzil bina evində, həyət rahatlığı yaşamaq imkanı verir. Terraslı mənzillər isə evdən çıxmadan açıq havada dincəlmək və şəxsi istirahət guşəsi yaratmaq istəyənlər üçün əlavə üstünlükdür.
Mənzillərin təmirində müxtəlif Avropa brendlərinin məhsullarından istifadə olunur: Almaniya istehsalı “HARO” parketləri, elektrik açarlarında İtaliyanın “GEWISS” brendi, İtaliya istehsalı “Prysmian” yanmayan kabelləri, divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında Almaniyanın “GROHE” brendi, sanitar və ümumi sahələrdə isə İtaliyanın “Infinity” keramoqranitləri tətbiq edilir.
“Park Yasamal” yalnız mənzil seçimi ilə deyil, kompleks daxilində təqdim etdiyi yaşayış imkanları ilə də fərqlənir. Göl ətrafında istirahət zonaları, geniş yaşıllıq sahəsi, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin gündəlik ehtiyaclarını nəzərə alır. Kompleksin ətrafında da gündəlik yaşam üçün lazım olan əsas xidmət və imkanlara rahat çıxış mümkündür.
Mənzil seçərkən əsas məsələ yalnız bu gün üçün uyğun ev tapmaq deyil, gələcəkdə də dəyərini qoruyacaq seçim etməkdir. “Park Yasamal”da mənzillər 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə satışa təqdim olunur.
Bundan əlavə, “Kristal”ın yeni “Evini hissə-hissə al” satış modeli ilə mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə mərhələli şəkildə sahib olmaq mümkündür. Yəni mənzilin istədiyin sahəsini bu gündən kvadrat-kvadrat ala, gələcəkdə dəyər qazanacaq daşınmaz əmlaka tədricən yatırım edə bilərsən. Pulunu sadəcə yığmaq əvəzinə, onu daşınmaz əmlaka çevirərək gələcəyinə yatırım etmək imkanı yaranır.
“Park Yasamal”da mənzil seçimləri, tikinti ərazisi və satış şərtləri ilə yerində tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
kristal.az










Şərhlər