Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi
19.08.2026 16:50 Sosreaksiya 288
Prezideni İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinin azyaşlı sakini Gülərin arzusunu reallaşdırıb.
Reaksiya.az xəbər verir ki, bu barədə AzTV süjet hazırlayıb.
Belə ki, bu günlərdə Prezident tərəfindən Gülərin ailəsinə traktor hədiyyə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.








Şərhlər