Bakıda bu yollarda tıxac var - SİYAHI

07.09.2026 17:56     Sosreaksiya     152

Bakıda yollardakı vəziyyət barədə məlumat açıqlanıb.

"Reaksiya.az" DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

17. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

18. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

19. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.

 

Şərhlər