Yasamalda qəzalı eyvanlar və köhnə fasadlar təmir edilir - FOTOLAR
08.09.2026 15:43 Sosreaksiya 169
Yasamal rayonunda köhnə çoxmənzilli yaşayış binalarının təhlükəsizliyinin təmin edilməsi və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində növbəti təmir-bərpa işləri həyata keçirilir.
"Reaksiya.az" xəbər verir ki, aparılan işlər çərçivəsində uzun illər istismar olunmuş binaların qəzalı vəziyyətdə olan eyvanları bərpa edilir, təhlükə yaradan konstruksiyalar yenilənir, köhnə fasadlar təmir olunaraq müasir görkəmə gətirilir. Eyni zamanda binaların xarici görünüşünün yaxşılaşdırılması, daş üzlüklərin bərpası və ətraf ərazilərdə abadlıq işləri də görülür.
Xüsusi texnikanın cəlb olunduğu işlər sakinlərin təhlükəsizliyinin təmin olunmasına, binaların istismar müddətinin uzadılmasına və rayonun ümumi şəhərsalma görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edir.
Yasamal rayonunda həyata keçirilən bu yenilənmə işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.















Şərhlər