Yasamalın icra başçısı şəhidin anım mərasimində iştirak edib
13.10.2026 13:47 Sosreaksiya 272
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, leytenant Abbasov Teymur Feyruz oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Reaksiya.az xəbər verir ki, anım mərasimində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Qeyd olunub ki, 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olan Teymur Abbasov Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsil alıb. Hərbi xidmət keçdikdən sonra ehtiyat zabit hazırlığı kursunu bitirərək leytenant hərbi rütbəsi alıb. 2020-ci ildə Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edən Teymur Abbasov oktyabrın 12-də qəhrəmancasına şəhid olub.Şəhid leytenant Abbasov Teymur Feyruz oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər medallarla təltif edilib.
Mərasimdə vurğulanıb ki, Teymur Abbasov kimi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların şərəfli döyüş yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.
-
-
-
-
-
-
-
-
-
-
-
- Reaksiya.az










Şərhlər