Yeni "iphone" nə zaman təqdim olunur?

28.08.2015 08:16     Sosreaksiya     2075

"Apple" yeni iphone modellərini sentyabrın 9-da təqdim edəcək.  Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə bu barədə "Bloomberg" şirkəti məlumat yayıb. Şirkətdən verilən məlumatda "Apple"in bu tarixə dəvətnamə göndərdiyi deyilir.

Qeyd edək ki, şirkətin yeni modeli "iphone 6S" və "iphone 6S+"dur. Bu modellər bir əvvəlki modeldən görünüşcə elə də fərqlənmir. Daxili xüsusiyyətlərdə bəzi dəyişikliklər var. Belə ki, yeni modellər daha sürətli sistemlə işləyir və daha uzun müddət enerji saxlayır.

Şərhlər