Sony-nin admiral planşeti yolda: Xperia Z4

09.06.2015 18:09     Sosreaksiya     2046

Keçdiyimiz həftələrdə yeni nəsil ağıllısı Xperia Z3 + - ni istehlakçılarla görüşdürən “Sony” indi də planşet sinifini aktuallaşdırmağa hazırlanır.

Keçmişdə olduğu kimi bu il də, istehlakçılarda qarışıqlıq yaratmamaq üçün, ağıllı telefon və planşetlərində ayrı-seçkilik etmədən eyni adlandırmağı istifadə davam etdirən Sony-nin yeni nəsil planşet Xperia Z4 olacaq. (Bu arada qeyd edək ki, “Xperia Z3” + ilə “Xperia Z4” əslində eyni modeldir. Təkcə adlar fərqlidir. Uzaq Şərq bazarında Z4 adı ilə, Avropa və Amerikada isə Z3 + adı ilə çıxıb).

 

Wi-Fi və Wi-Fi + 4G olmaqla iki fərqli versiyaya sahib olacaq modelin ən diqqət çəkici xüsusiyyəti ekranıdır. Belə ki, yuxarıda da ifadə etdiyimiz kimi modeldə yer verilən 10.1-düymlük (2560 x 1600) ekran sRGB rəng gamutunun 130% - nu əhatə edir ki, bunun bizim bucağımızdan mənası görməyə alışdığımızdan daha çox zəngin bir rəng təcrübəsi deməkdir. Həmçinin, yenə diqqət çəkici başqa bir xüsusiyyəti də 6.1 mm kimi olduqca incə deyə biləcəyimiz bir displayə sahib olmasıdır. IP68 sertifikatı isə onsuz da artıq bu modellərdə standartdır.

Şərhlər

Çox oxunanlar